.

Nə qədər bacarırıq irəli getməliyik - Politoloq Şəbnəm Həsənova

.

''Bu gün sosial şəbəkələrdə ermənilərin bizim tarixi torpağımız- Dağlıq Qarabağdan qaçarkən video görüntülərini gördüm. Bir söz var, deyirlər "yaşayan bilər''.

Bu gün o görüntüləri görəndə düşündüm ki, o hissləri təkcə yaşayan yox, hiss edən hər kəs anlayır, duyur. Nə yalan deyim düşmənlərimizin qorxaraq qaçmasına olduqca sevindim. Çünki insanın son nəfəsində olsa belə ədalətin zəfər çaldığını görmək gözəl hissdir. "

Bu açıqlamanı Metbuat.az-a özəl müsahibəsində politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışından sitat gətirərək bildirdi ki, Ali baş komandan İlham Əliyev, Ermənistanın işğal siyasətini tutarlı arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı və dünya birliyini bir daha məlumatlandırdı ki, Ermənistan Azərbaycana qarşı növbəti təxribata və təcavüzə hazırlaşır.