.

Bu müharibə Nikol Paşinyan rejiminin sonu olacaq - AÇIQLAMA

.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışları cəbhədəki vəziyyətə adekvat idi. Azərbaycan ordusu qələbə çalır, düşmənə ardıcıl zərbələr endirir, Ermənistan ordusu isə faktiki olaraq darmadağına məruz qalır. Bu fonda Əliyevin təmkinli, məntiqli və qaliblərə xas çıxışı fonunda, Paşinyanın dilinin topuq vurması, isterikası başa düşüləndir”.

Bunu Metbuat.az-a “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin çıxışlarını şərh edən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

O qeyd edib ki, Azərbaycanın Ali Baş Komandanı kifayət qədər rahat idi. Onun ordusu faktiki olaraq qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir.

Həm tarixi, həm hüquqi, həm də psixoloji baxımdan üstünlük Azərbaycan tərəfdədir. Ermənistan baş nazirinin isə bədən dili, mimikaları, bir kəlməni bir neçə dəfə təkrarlayaraq fikrini toplamağa çalışması məğlubiyyətə uğramaqda olan psixoloji travmalı adamın yalanı necə danışmaq cəhdlərini öyrənmək üçün yəqin ki, hələ uzun müddət psixoloqlara lazım olacaq. Bir tərəfdən o Ermənistanın dünya dövlətləri qarşısında məzlum obrazını yaratmalı idi, digər tərəfdən isə erməni xalqına məğlub olmadıqlarını sübut etməli idi.

Paşinyan bunların heç birini bacarmadı.”

Politoloq bildirdi ki, Nikol Paşinyan belə ağır məğlubiyyətin cavabını tezliklə verəcəyinin fərqindədir. Buna görə də o müxtəlif yalanlar uydurur.

Məsələn, guya Türkiyənin hərbi əməliyyatlarda iştirakı və Suriyadan hansısa döyüşçülərin Azərbaycana gətirilməsi ilə bağlı iddalardır. O iddia edir ki, Türkiyədən olan hərbi təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Əslində Paşinyan fərqində olmadan ermənilərin onsuz da aşağı olan psixoloji durumunu darmadağın edir.

Onsuz da illər boyunca erməni təbliğatı bu ölkədə “türkofob” bir əhali formalaşdırıb. Suriyadan gətirilən döyüşçülər məsələsinin yalan olduğu isə gün kimi aydındır. Əvəzində Ermənistan inkar edə bilməz ki, Suriyadan və Livandan erməni terrorçularını gətirib işğal edilmiş ərazilərdə məskunlaşdırıb. Çünki, bu məskunlaşma barədə bir neçə gün öncəyə qədər Ermənistanın rəsmi qurumları fəxarətlə danışırdılar.”

Elnur Kəlbizadə xüsusilə qeyd etdi ki, Azərbaycanın apardığı ədalətli və haqlı müharibə təkcə işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnməyəcək. Böyük ehtimalla Ermənistanın özünün Nikol Paşinyan və onun tərəfdarlarından təmizlənməsini görəcəyik.

Bu müharibə Nikol Paşinyan rejiminin sonu olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR