"Moskva XİN rəhbərlərinin görüşünə hazırdır" -

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və ermənistanlı həmkarı Zohrab Mnatskanyanla telefonla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, Lavrov hər iki tərəflə Qarabağdakı hazırkı situasiyanı müzakirə edib. Həmçinin Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsinə görə ciddi narahatlığını ifadə edib: “Rusiya həm özü, həm də Minsk Qrupunun digər həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinə şərait yaratmağa yönəlmiş vasitəçilik səylərini davam etdirəcək”.

Bundan əlavə, diqqətə çatdırılıb ki, Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR