Canımız bu vətənə fəda olsun - Güney Azərbaycandan DƏSTƏK

.

Son günlər İranın Azərbaycan torpaqlarını işğalı altında saxlayan Ermənistana yardım etdiyi barədə məlumatlar yayılır.

İran yük maşınları açıq şəkildə Ermənistana silah daşıması məsələsinə Güney Azərbaycanlı vəkil - həmvətənimiz Haqan Türkelli Metbuat.az-a özəl müsahibə verib.

Onun sözlərinə görə Qarabağ savaşı İran rejimin minüzlülüyünü, bir daha ortaya çıxardı.

"Azərbaycanın böyük tarixi torpaqlarını, Təbrizi, Urmunu, Qəzvini, Zənganı, Erdəbili , Ənzəlini hakimiyyəti altında saxlayan rejim Güney Azərbaycanı ən ilkin haqqlarından məhrum edib.

Güney Azərbaycan Milli Hərəkatı Rusiyadan Ermənistana daşınan ağır hərbi texnikanın Ənzəli Limanından Nurduz Gömrüyünə kimi izləyib fotolar və görüntüləri yaymaqla İranın açıq-aşkar Ermənistana kömək etdiyini göstərmək istəyiblər.

Güney azərbaycanlıların çəkdikləri videolarda Ərdəbil əyaləti və Təbrizdən yük maşınlarının Güney Azərbaycanın Culfa istiqamətində Ermənistana vermək üçün hərbi texnika daşıdığı müşahidə olunur. Bildirilir ki, bu hərbi yüklərin əksəriyyəti Ənzəli limanından yük maşınlarına yüklənib.


Videolarda hərbi ləvazimatları Rusiyanın dövlət qeydiyyat nişanları olan "Kamaz" markalı yük avtomobillərinin daşıdığı görünür. İran rejiminin məsulları "Kamaz"ların daşıdıqları həmin yüksəlir üstünü görünməməsi üçün çadırla örtüblər.

Şərqi Azərbaycan valisinin Təhlükəsizlik məsələləri üzrə müavini təsdiq edib ki, Ənzəli Limanından Nurduz Gömrüyü ilə Ermənistana 640 "Kamaz" yük maşını gedib. Hətta İranın dövlət televiziyası da həmin hərbi kamazların bir neçəsini Nurduz məntəqəsində göstərib.

Amma İran iddia edir ki, həmin yük maşınları Ermənistana getməyib. O zaman İran Nurduz gömrük məntəqəsinin də İrana aid olmadığını demək məcburiyyətində qalacaq.''

Haqan Türkelli bildirdi ki, Güney azərbaycanlılar Ermənistanın Azərbaycan torpaqlarından təmizlənməsi üçün əllərindən gələni etməyə hazırdırlar.

"Bizim haqqlı davamıza münsibət bəllidir. Güney Azərbaycanın milli kimliyini dərk edən hər kəs həm canı, həm malı ilə Azərbaycanın yanındadır.Sərhədlər açılsa 10 minlərlə gəncimiz gəlib könüllü olaraq vuruşmağa hazırdırlar.

Tək Güney Azərbaycan deyil xaricdə yaşayan Güneyli azərbaycanlılar da döyüşməyə hazırdırlar.

Canımız bu vətənə fəda olsun!"

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR