Ermənistan İsraildəki səfirini geri çağırdı

Ermənistan İsrailin Azərbaycana silah satdığını səbəb gətirərək bu ölkədəki səfirini geri çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.

"İsrailin Azərbaycana ən müasir silahları tədarük etməsi bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına qərar verib", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR