Çavuşoğludan Lavrova:

"Ermənistan ordusu Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyənədək atəşkəsin mənası yoxdur"

Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında deyib.

Məlumata görə, Çavuşoğlu, "bu gün atəşkəsə nail olunsa da, işğal olunmuş ərazilər təmizlənmədən münaqişə yenidən başlayacaq", - deyə Lavrova bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR