“Ermənilər sivil davranışlardan uzaqdırlar” -

Ermənilər Azərbaycanı ağır artilleriyadan atəşə tutmağa davam edir.

Metbuat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev.

Onun sözlərinə görə, bu, bir daha sübut edir ki, ermənilər sivil davranışlardan qəti şəkildə uzaqdırlar: “Biz bununla bağlı ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edirik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması bueynəlxalq humanitar hüququn, Cenevrə konvesiyasının tələbləridir. Lakin Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər dəfə sübut edir. Bunun qarşılığında isə Azərbaycan yenə öz yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv və sülhəməcburetmə əməliyyatlarını davam etdirir: “Bizim məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Ermənistan tərəfi son dövrlər raket texnologiyasından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR