“Danışıqlar xatirinə danışıqlar hər kəsi yorub” -

Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında iştirak edir.

Metbuat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, danışıqlar prosesini dağıdan, məhv edən Ermənistan tərəfidir:

“Ona görə də bu müraciət Ermənistana ünvanlanmalıdır ki, Ermənistan özünün işğalçılıq siyasətinə son qoysun. Danışıqlar xatirinə danışıqlar hər kəsi yorub. Danışıqlar prosesi ilk növbədə nəticəyönümlü olmalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun və Ermənistan qoşuları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın.

Eyni zamanda BMT-nin aidiyyəti qətnamələri təmin olunsun. Azərbaycan öz konstruktivliyini, özünün danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə etdib, indiki şəraitdə beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsın. Bütün bunlar barədə ölkə başçısı beynəlxalq kanallara verdiyi açıqlamalarında ətraflı məlumat verib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR