“Səthi tələblər və atəşkəs bu dəfə fayda verməyəcək” -

Ermənistanla əlaqələrimizin həssaslaşmasının əsas səbəbi Ermənistanın bölgədə təcavüz yolu seçməsi, eyni zamanda, konstruktiv və məsuliyyətli bir ortaq olma qabiliyyətinə malik bir siyasət aparmamasından irəli gəlir. Biz təcavüzkarla qurbanı bir-birindən ayırmalıyıq.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə açıqlamasında deyib.

Nazir bildirib ki, döyüş əməliyyatlarının dərhal dayandırılması istiqamətində səsləndirilən səthi tələblər və davamlı atəşkəs bu dəfə fayda verməyəcək:

"Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil. Təbii ki, əgər Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli tərəfdaş olmağı seçərsə, bundan Azərbaycanın da qazanacağı çox şey olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR