Vergilər İdarəsi binasının yaxınlığına mərmi düşüb

Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən erməni silahlı birləşmələri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 20.00 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb. Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən binada növbədə olan əməkdaşlar xəsarət almayıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR