Baş Qərargah rəisi Nəcməddin Sadıkov iş başındadır -

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov iş başındadır.

Metbuat.az xəbər verir ki, o, döyüş tapşırıqlarının uğurlu icrasının planlaşdırılması və təşkil edilməsində iştirak edir.

Qeyd edək ki, son günlər ermənipərəst saytlarda Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun döyüş əməliyyatlarının planlaşdırılması və idarəolunmasından uzaqlaşdırılması, hətta həbs olunması barədə məlumatlar yayılıb.

Amma Müdafiə Nazirliyinin yaydığı fotodan məlum olur ki, N.Sadıqov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ordunun digər rəhbər şəxsləri ilə birlikdə döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR