Hikmət Hacıyev:

“Bu müharibə Azərbaycan xalqının Vətən müharibəsidir. Bu müharibədə Azərbaycan xalqı öz əzmini, qətiyyətini bir daha nümayiş etdirdi”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyb.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərin, əldə etdiyimiz uğurların fövqündə Ermənistan zəifliyini, acizliyini göstərək bu kimi təxribatlara əl atıb.

“Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqının qəti əzmi var. Mən Tərtərdə, Gəncədə və digər şəhərlərimizdə olan tanışlarla əlaqə saxlamışam. Onların hamısı öz evlərində, yaşadıqları yerlərdədirlər və əhval-ruhiyyələri yüksəkdir", - H.Hacıyev əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR