Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən

“Rossiya-1” telekanalı Prezident Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.

Metbuat.az xəbər verir ki, yayımlanan kadrlardan görünür ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar.

Amma Vladimir Putin zənglərə cavab vermir.

“Moskva, Kreml, Putin” verilişində nümayiş etdirilən kadrlara şərh verilərək bildirilir ki, zəng vuran Paşinyandır.

Daha sonra Fransa Prezidenti Makron zəng vurur. Bundan sonra Rusiya Prezidentinin köməkçisi ona məktub da çatdırır. Kadrlardan görünən odur ki, Vladimir Putin iclasın sonunadək Paşinyanın zənglərinə cavab vermir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR