“Ermənistanın çıxış yolu yoxdur, Paşinyan üzr istəməlidir ”-

“Bu gün Azərbaycan ordusunun gücü Ermənistana bəllidir. Ermənistanın çıxış yolu yoxdur. Onlar Azərbaycan xalqından üzr istəyərək torpaqların qaytarılmasına razılıq verib bütün atəşkəs şərtlərinə əməl etməyə məcbur olacaqlar.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.


“Oktyabrın dördündə ölkə prezidenti cənab İlham Əliyev növbəti dəfə Azərbaycan xalqına müraciət etdi. Cənab Prezidentimiz nitqində bir çox məsələlərə toxundu.Hazırda Azərbaycanın əzəli torpaqlarının erməni işğalçılarından təmizlənməsi yolunda apardığı mübarizədən danışdı.

İlham Əliyev vurğuladı ki, 27 sentyabr tarixinə qədər Azərbaycan Ermənistan tərəfindən çoxlu sayda təxribatların şahidi olub. Xüsusən də Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra onun atdığı qeyri-adekvat addımlar danışıqlar prosesinə ciddi zərbə vurdu.

Paşinyanın təxribat xarakterli bəyanatları istər “Dağlıq Qarabağ Ermənistandır” deməsi, istərsə də Şuşada Qondarma Dağlıq Qarabağın prezidentinin and içmə mərasimin keçirilməsi və həmçinin may ayında Tovuz istiqamətində təxribatlara cəhd edilməsi - bütün bunlar Azərbaycanı hazırki atılan addımlara sövq etdi”.

Millət vəkili bildirdi ki, bütün bunların nəticəsində Azərbaycan və onun şanlı ordusu Ermənistanın layiqli cavabını verərək işğal altında olan bir neçə kəndi, hərbi əməliyyatların gedişatında dönüş strateji yüksəklikləri və 27 ildir həsrətində olduğumuz Cəbrayıl şəhərini və onun bir neçə kəndini işğaldan azad etdi.

“Biz artıq BMT-nin uzun illərdir icra edilməyən dörd qətnaməsini özümüz həyata keçirməyə məcbur olduq. Beynəlxalq qurumlar da bu vandalizmə, faşizmə qarşı Azərbaycanın yanında olduqlarını ifadə edirlər.

Nikol Paşinyanın 27 sentyabrdan bugünə qədər zəng vurub, qapısını döymədiyi dünya lideri qalmayıb. Hər birinə yalvarıb ağlayaraq, Azərbaycan ordusunun qarşısının alınmasına çalışır.

Bununla kifayətlənməyən Paşinyan hakimiyyəti Azərbaycanın əhalinin sıx yaşadığı şəhərlərinə raket zərbələri endirərək beynəlxalq konvensiyaların, xusüsən də Cenevrə konvensiyasının şərtlərini pozur.

Prezident İlham Əliyev Ermənistanı dəstəkləyən dövlətlərə də bu məsələnin həllində qətiyyətli olduğunu, dönməzliyini, prinsipiallığını, bir daha nümayiş etdirdi.

Prezident bildirdi ki, əgər həmin dövlətlərə Ermənistanı dəstəkləyirsə öz ərazilərindən torpaq verib muxtariyyətini elan edə bilərlər. Bugün Ermənistana dəstək verən ölkələr terrora, işğalçılığa, cinayətkara, vandalizmə dəstək verir. Artıq Ermənistanın bir çox teror təşkilatları ilə xüsusən ASALA, PKK kimi teror təşkilatları ilə işbirliyi sübut olunub.

Prezident İlham Əliyevin dünənki çıxışında Paşinyanın qarşısına qoyduğu atəşkəs şərtləri barədə millət vəkili Cavid Osmanov qeyd edərək bildirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğal edilmiş torpaqlardan qoşunları qeyri şərtsiz tam çıxarılmalıdır.

“Prezident İlham Əliyevin vurğuladığı kimi Paşinyan Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilməlidir. O zaman atəşkəs rejimini bərpa ediləcək.

Ali baş komandan bildirdi ki, indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir.Amma məsələnin həlli yolunda müəyyən işlər görülə bilər”.

Bəs Ermənistanın yeni atəşkəs şərtlərinə münasibəti necə olacaqdır?

“Bugün Ermənistanın daxilində baş verən böhran vəziyyəti, iqtisadi zəiflik onu deməyə əsas verir ki, onlar bu şərtlər ilə razılaşa bilərlər.

Azərbaycan əskəri döyüş meydanında sevə-sevə şəhid olmağ istədiyi halda Ermənistan əskərləri döyüş meydanından qaçmasın deyə qandallanır.

Ermənistanın daxilində böyük bir panika var. Onların qadınlardan ibarət batalyonunun yaradılması, 60 yaşdan yuxarı insanların məcburi səfərbərlik adı ilə orduya cəlb edilməsi onu deməyə əsas veri ki, düşmənin potensialı atıq tükənmək üzrədir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır.

Bugün Azərbaycan ordusunun gücü Ermənistana bəllidir. Ermənistanın çıxış yolu yoxdur. Onlar Azərbaycan xalqından üzr istəyərək torpaqların qaytarılmasına razılıq verib bütün atəşkəs şərtlərinə əməl etməyə məcbur olacaqlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR