Trampın mətbuat katibi koronavirusa yoluxdu

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Keyli Makineni koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə K.Makineni “Twitter” hesabında yazıb.

“Bazar ertəsi aparılan COVID-19 testinin nəticəsi müsbət çıxdı, simptomlar yoxdur”, - deyə K.Makineni bildirib.

Qeyd edək ki, Donald Tramp və xanımı Melaniya oktyabrın 2-də koronavirusa yoluxub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR