Atəşkəs üçün xahiş edənlər 30 ildir haradaydılar? -

“Bu gün Azərbaycanda güclü bir lider var və bu liderin ətrafında güclü ordu, ona güvənən, etimad edən xalq dayanıb”.

Bu sözləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Səfir bildirib ki, Ermənistanın bu hücumları Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək niyyətindən geri döndərə bilməyəcək.


“Sentyabr ayının-27 də səhər saatlarında Ermənistan ordusunun Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan ordusu hərəkətə keçdi.

Bugün davam edən hərbi əməliyyatlar həm Azərbaycan həm Türkiyə üçün çox önəmli sayılır. Biz hazırda tarixi günlər yaşayırıq.

Türkiyədə 83 milyon ürək Azərbaycan üçün döyünür. Ali baş komandan İlham Əliyevin nəzarəti ilə əməliyyatlar uğurlu bir istiqamətdə davam edir.

Həm Azərbaycan xalqı həm onun ordusu prezident İlham Əliyevin yanındadır.

H. Kılıç qeyd edib ki, atəşkəs çağırışı edən dövlətlər bu çağırışı Azərbaycana yox, Ermənistana etməlidirlər:


“Bugünlərdə yuxarılardan bəzi səslər gəlir. Bəs onlar 30 ildir harada idilər? Bu səslərin sahiblərinə fikir verməmək lazımdır. Biz onlara görə çox zaman itirdik.

Bu haqlı savaşda Türkiyə prezidenti, Milli Məclis, nazirlərimiz, siyasi partiya liderlərimiz Azərbaycanın yanındadır.

Azərbaycan bu baş verən döyüşləri necə izləyirsə eyni ilə biz də yaxından vəziyyəti təqib edirik. Allah ordumuzza müzəffər zəfərlər qazanmağı nəsib etsin.

Qəzamız mübarək olsun!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR