Putin ad gününü necə keçirəcək?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sabah ölkə başçısı Vladimir Putinin 68 yaşını necə qeyd edəcəyindən danışıb.

Metbuat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov Rusiya liderinin həmin gün 10-dan çox beynəlxalq danışıqlar aparacağını bildirib.

"Günün birinci yarısı üçün 10-dan çox beynəlxalq telefon danışığı planlaşdırılır. Bura daxili məsələləri də əlavə edin. Günün ikinci yarısını isə yəqin ki, ənənəvi olaraq dostlar, qohumlar və yaxınlarla keçirəcək".

Onun sözlərinə görə, Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığı planlaşdırılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR