180 manatını orduya bağışlayan Hikmət baba:

Dünən axşam sosial şəbəkədə haqqında məlumat yayılan Hikmət baba tapılıb.

Metbuat.az xəbər verir ki, ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət baba Şəkinin Baş Küngüt kəndindəndir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları onunla görüşüb.

Bu barədə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı açıqlama verib.

''Bura Şəkinin Baş Küngüt kəndidir. Ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babanın kəndi. ƏƏSMN əməkdaşları olaraq səhər tezdən həm təşəkkürümüzü bildirmək, həm səlahiyyətlərimiz çərçivəsində biz də ona olan bu mənəvi borcu ödəmək üçün kəndə gəldik.

Hikmət baba deyir ki, əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Deyir, özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram.. O deyir.. Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir..

Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR