Özbəkistanda daha iki siyasətçinin prezidentliyə namizədliyi irəli sürülüb

10:03 18 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+


Daşkənd, 18 yanvar, AzərTAc
Özbəkistanın dövlət başçısı İslam Kərimovdan sonra daha iki siyasətçi prezidentliyə namizəd oldu.
“Ədalət” Sosial Demokrat Partiyası Siyasi Şurasının ikinci plenumunda partiyanın lideri, Ali Məclisdə partiya fraksiyasının rəhbəri Nəriman Umarov prezidentliyə namizəd göstərilib, plenum iştirakçıları təklifi dəstəkləyiblər.
Nizamnamısinə görə prezidentliyə namizədi partiyanın Qurultayı təsdiq etməlidir. Qurultay fevralın 10-da Daşkənddə keçiriləcək.
Özbəkistan Xalq-Demokratik Partiyası Mərkəzi Şurasının plenumunda isə bu partiyadan Xatamjon Ketmonov prezidentliyə namizəd göstərilib, onun namizədliyini plenum iştirakçıları dəstəkləyiblər.
Xatırladırıq ki, Özbəkistanda prezident seçkiləri martın 29-da keçiriləcək.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanda_daha_iki_siyasetchinin_prezidentliye_namizedliyi_ireli_surulub-825619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR