Ekspert: “Azərbaycan qoşunları xeyli irəliləyib” -

Hərbi mütəxəssis Hans Kloss (adı məxfilik səbəbi ilə açıqlanmır) “Caliber”in müstəqil hərbi-analitik İnternet layihəsi “Atəş Xətti”nin ikinci buraxılışında analitik Heydər Mirzəyə cəbhədəki vəziyyəti izah edib.

Metbuat.az xəbər verir ki, mütəxəssis erməni tərəfinin Azərbaycanın şəhər və rayonlarına atdığı bəzi mərmilərin niyə partlamadığını açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat-taktiki raket sistemləri üçün raketlər də daxil olmaqla, düşmənin sursatlarının çoxunun vaxtı bitib.

O qeyd edib ki, hazırda qoşunlarımız əhəmiyyətli dərəcədə irəliləyib.

Bildirilir ki, Tərtər və Bərdə bölgələri Ağdam istiqamətindən atəşə tutulur.(Oxu.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR