Düşmənin atəşə tutduğu məktəbdə son vəziyyət -

Goranboy rayonunun Qaraçinar kənd orta məktəbi düşmən hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, düşmənin atdığı mərmi məktəbin pəncərəsindən içəri daxil olub, sinifləri və dəhlizi tamamilə yararsız hala salıb.

Kənd sakininin sözlərinə görə, ermənilər saat 06:00-dan kəndi mərmi atəşinə tutub.

Xoşbəxtlikdən o saatlarda məktəbdə heç kim olmadığından ölən və xəsarət alan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR