Cenevrədə Qarabağa dair görüş başladı

Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) və Azərbaycan nümayəndəsinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Fransanın BMT-nin Cenevrə ofisi yanında Daimi nümayəndəliyinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, görüş BMT-dən kənarda, qapalı formada keçirilir. Danışıqlarda Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov hazırda Cenevrədə səfərdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR