Qurban Qurbanov: "Muaremlə bağlı danışıqlar hələlik dayandırılıb"

Qurban Qurbanov: "Muaremlə bağlı danışıqlar hələlik dayandırılıb"
10:05 18 Yanvar 2015
131 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Muarem Muaremin Türkiyənin "Eskişehirspor" klubuna mümkün keçidi barədə fikirlərini bildirib.

Qol.az-ın verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Split"ə qarşı yoxlama matçından (1:3) sonra jurnalistlərlə söhbətində danışıqların hələlik dayandığını deyib:
"Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Transferin rəsmiləşməsinə mane olan bəzi məsələlər var. Biz özümüz də onun Türkiyə superliqasında oynamasını istəyirik. Amma Muaremin komandamız üçün necə vacib futbolçu olduğunu da bilirik. Əsas heyətin oyunçusunu itirmək bizim üçün xoş deyil, ancaq Muarem yalnız iki klub arasında razılıq əldə olunacağı halda gedə bilər".
 
Q.Qurbanov yeni oyunçularla da maraqlandıqlarını söyləyib:
"Maraqlarımız uyğun gəlsə, minumum bir futbolçu transfer etməyə çalışacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR