TƏCİLİ: Nazirlərin görüşü niyə bitmir:

Artıq 6 saatdır ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə hadisə yerindən Rossiya-24 kanalının əməkdaşı canlı yayımda deyib. O bildirib ki, görüşlə bağlı hələlik heç bir məlumat yoxdur.

“Görüşün yüksək əhvalda keçəcəyi, əsirlərin və döyüş meydanında həlak olan əsgərlərin meyitlərinin dəyişdirilməsi və digər məsələlərlə bağlı danışıqlarda razılıq olacağı gözlənilirdi. Ancaq görüşün başlanması ərəfəsində Azərbaycan lideri İlham Əliyevin xalqa müraciəti zamanı dediyi sözlər və irəli sürdüyü tələblər görüşün mahiyyətinə əhəmiyyətli dərəcədə təsir etdi. Hazırda içəridə nələr danışıldığı bəlli deyil”, - Rossiya-24 əməkdaşı bildirib.

Qeyd edək ki, Lavrov, Bayramov və Mnatsakanyan görüşü təxminən 17:00-da başlayıb və hələ də davam edir. (BakuPost)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR