Pakistan Silahlı Qüvvələri Azərbaycanı dəstəklədiyini

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.

Səfirlikdən Metbuat.az-a verilən xəbərə görə, görüşdə regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanbı BQRK-nin sədri iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəm təməllər üzərində qurulmasından bəhs edərək, Pakistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəklədiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR