Lavrovdan QARABAĞ AÇIQLAMASI:

Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR