Tehran metrosunda yanğın baş verdi

Bu gün səhər saatlarında Tehran metrosunun Ekbatan stansiyasında yanğın baş verib, hadisənin səbəbi hələlik məlum deyil.

Metbuat.az xəbər verir ki, İranın Tehran şəhərində metroda yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində ölən olmayıb. Ekbatan stansiyasında baş verən yanğın bu gün İran vaxtı ilə 07:45-də qeydə alınıb. Hadisənin hələlik hansı səbəbdən baş verdiyi bəlli deyil.

Mənbə: Reuters


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR