Serj harada gizlənir?

Serj harada gizlənir?
10:05 18 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni yazıçı Serj Sarkisyana meydan oxudu: Haradasan prezident?
Erməni yazıçı Levon Cavaxyan Gümrüdə baş verən hadisəni şərh edib.

Anspress-in məlumatına görə, şərhi zamanı yazıçı Ermənistanın ermənilərə aid olmadığını iddia edib.

“Bu hadisə erməni xalqını titrətdi. Lakin təəssüf ki, deyəsən, şok olan yalnız bizik. Çünki qardaş Rusiyadan heç bir reaksiya yoxdur. Telekanallara baxıram, yalnız indi nəsə deməyə başlayıblar. Bu da çox güman ki, dünyada hamı danışdığı üçün nəsə deməməyə utandılar. Əllərində imkan olsaydı, bu söhbəti o dəqiqə bağlayardılar”- deyə yazıçı şikayət edib.

“Bilirsiz nə narahat edir. Ölkəmizin prezidenti bu günə kimi başsağlığı verməyib. Bütün xalq matəmdədir, ölkə silkələnib. Haradasan prezident? Susursan. Bu, nədən xəbər verir? Ondan ki, ölkə bizim deyil. Müəyyən olundu ki, bu hakimiyyət bizə aid deyil və biz bu ölkənin yiyələri deyilik”, - deyə yazıçı dilə gətirilməyən həqiqətləri üzə çıxardı.

Qeyd edək ki, 12 yanvar tarixində Gümrüdə 2 yaşlı uşaq olmaqla, Avetisyan ailəsinin 6 üzvü ölü tapılıb. Yalnız 6 yaşlı uşaq sağ qala bilib. Bütün irəli sürülən dəlillər hadisənin rus əsgəri Valeri Permyakovun etdiyinə işarə verir. Onu həbs ediblər və Rusiya cinayət məcəlləsinə uyğun olaraq ittiham olunub. Lakin buna baxmayaraq Ermənistan İstintaq Komitəsi də cinayət işi açıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR