"Heç kim Azərbaycana şərt qoya bilməz" - Prezidentin köməkçisi

.

Bu günə qədər Ermənistan diqtə ilə danışırdı, şərtlər qoyurdu. Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

"Atəşkəs sülh deyil, Moskvada qəbul olunmuş atəşkəs humanitar xarakter daşıyır. Bu gün ermənilər humanitar atəşkəs yalvarışları ilə gəldi. Hərbi və diplomatik sahədə səylərimiz davam edəcək. Bundan sonrakı fəaliyət ondan ibarətdir ki, spesifik detallar əsasında aparılmalıdır, Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı konkret addımlar atmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR