Lavrov azərbaycanlı və erməni həmkarı ilə telefonla danışdı

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə telefon danışığı baş tutub.

Metbuat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin XİN rəhbərlərinin 9 oktyabr tarixində Moskvada keçirdiyi məsləhətləşmələrin ardından əldə olunan atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR