Axtarışda olan qadın terrorçu məhv edilib

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “İldırım-1” antiterror əməliyyatı nəticəsində Şırnak vilayətində məhv edilən səkkiz terrorçudan biri axtarışda olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, axtarışına bir milyon türk lirəsi vəsait ayrılan "Yıldız" ləqəbli PKK/KCK terror qruplaşmasının aparıcı simalarından sayılan Nurgül Duran digər təhlükəli terrorçu "Leyla Amed" ləqəbli Hamiyet Yalçınkayanın şəxsi mühafizəçisi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR