Koreyalı professor erməni təxribatlarından yazdı

Ermənilər Dağlıq Qarabağda baş verənləri “səlib yürüşü” kimi təqdim edir, bunun “dini zəmində” baş verdiyini bildirərək Qərbdən dəstək istəyir.

Metbuat.az xəbər verir ki, bunu Cənubi Koreyanın populyar "Sisa" jurnalında dərc olunuş məqaləsində bu ölkənin Dongduk Qızlar Universitetinin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun Kyun yazıb.

Məqalədə qeyd edikib ki, ermənilər köklərinin Dağlı Qarabağ torpağında olduğunu iddia etsələr də, onlar Qarabağda əsasən, XIX əsrin əvvəllərindən etibarən yaşamağa başlayıblar.

Müəllif bildirib ki, hazırda davam edən Qarabağ toqquşması beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisində baş verdiyindən, Ermənistanda hərbi bazası olan Rusiyanın erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur. Lakin KTMT-dan dəstək almaq üçün Ermənistan Qarabağdan uzaq olan Gəncəni bombalayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR