“Ermənilərin bu addımını terror aktı kimi qiymətləndiririk” -

Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir.

Metbuat.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə söyləyib.

Prezidentin köməkçisi bildirib ki, biz ermənilərin bu addımını terror aktı kimi qiymətləndiririk. Onlar döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi şərəfsiz əməllərə əl atırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR