“Ermənistana sanksiyalar tətbiq olunmalıdır” -

Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən brifinqdə bildirib.

Elçin Əmirbəyov qeyd edib: “Əgər beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik. Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər. İlk növbədə, beynəlxalq təşkilatlar bu hücumları qınamalı, Ermənistana sanksiyalar tətbiq etməlidirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR