“Rəsmi Bakı Paşinyanın cəzalandırılmasına çalışmalıdır” –

''Gəncədə hərbi baza olmadığı halda şəhərin dinc əhalisinə qarşı raket hücumları etmək barbarlıq və erməni faşizminin təzahürüdür ''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə bildirib.

Siyasi şərhçi qeyd edib ki, bu terror aktı Azərbaycana qarşı Ermənistanın hərbi hücumdur. Bunun qarşılığı olmalı və Ermənistan layiqli cəzasını almalıdır.

''Azərbaycan hələ bir neçə il bundan əvvəl Gəncədən hərbi obyektlərini çıxarıb. Bu şəhər sülhün və təhlükəsizliyin mərkəzi, həmçinin Qərbin enerji dəhlizidi. Avropa İttifaqının nəzərinə mütləq bu məsələ çatdırılaraq Ermənistan siyasi rəhbərliyi hərbi tribunala verilməlidir.

Paşinyan dinc və mülki sakinlərin yaşadığı, heç bir hərbi əhəmiyyət daşımayan Gəncəyə raket atmaqla hərbi cinayətə əl atıb.

Rəsmi Bakı Nikol Paşinyanı cəzalandırılmasına çalışmalı, Avropa Şurası, BMT-nin Təhlükəsizlik Şurasında da bu məsələ qaldırılmalıdır''.

Politoloq bildirdi ki, Ermənistanın güc yığıb hücuma keçməsi aksiomdur. Bu, növbəti hərbi eskalasiyaya gətirib çıxarar və artıq əvvəlki vaxt deyil ki, İrəvan manipulyasiya etsin.

''Əgər, bu ödəlik qəbul edilməsə, müharibə yenidən başlaya bilər. Ermənistan rəhbərliyi çalışacaq yenidən manipulyasiya etsin.

Fransa vasitəçi olaraq İrəvandan əraziləri boşaltmamaq üçün dəstək verəcək. Situasiya gərgindir. Buna baxmayaraq Azərbaycan-Turkiyə tandemi masada var. Azərbaycan və Türkiyə Rusiyadan tələb edəcək ki, ərazilər boşaldılsın.

Artıq Paşinyan tam Putinə tabedir. Görünən odur ki, Moskva Ermənistanın əvəzindən danışır".

Politoloq qeyd edib ki, əgər, Ermənistan "təqvim üzrə" təklifi qəbul etməyibsə, əsasən əvvəlki formatın qəbul edilməsi, bir qədər danışıqlarda vəziyyəti çətinləşdirə bilər:

"Hər halda indiki status-kvo dəyişilsə də, hələki möhkəmləndirmək üçün humanitar atəşkəsdən sonra, növbəti rayonlar azad edilməlidir. Rusiya və Türkiyə Azərbaycan arasında bu məsələ müzakirə ediləcək. Ermənistanın burada mövqeyi həlledici deyil. Azərbaycan döyüşdə qalib tərəfdir.

Bunu diplomatik müstəviyə keçirə bilməyimiz üçün Türkiyə bu məsələdə həlledici olmalıdır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR