Gəncə terrorunun ikinci günü -

Gəncədə baş verən terror hadisəsinin ikinci günüdür. Paşinyan hakimiyyətinin törətdiyi vəhşilik dünyanın diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, artıq ərazinin dağıntılardan təmizlənməsinə başlanılıb.

Baş verənləri canlı görmək üçün Gəncə şəhərinə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri də gələcək.

Məlumat üçün bildirək ki, Erməni Silahlı Qüvvələrinin Gəncə şəhərinə raket zərbəsi nəticəsində 9 dinc sakin dünyasını dəyişib, 30-dan artıq şəxs yaralanıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR