Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 58 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 605 şübhəli koronavirus testindən keçib, onlardan 1614-nün cavabı pozitiv çıxıb, 1301 xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı 1417 nəfər olub.

Türkiyədə ümumilikdə 337 147 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8895 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR