Millimiz bu gün Kiprlə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşacaq.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, yığmamız keçirilən üç turda 1 qələbə, iki məğlubiyyətlə üzləşib və 3 xalla üçüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR