x
Loading...
.

Müdafiə Sənayesi Nazirliyi 30-dək ölkəyə müraciət etdi

.

Müdafiə Sənayesi Nazirliyi əməkdaşlıq etdiyi Türkiyə, Pakistan, İsrail, İordaniya, Koreya, İran, Gürcüstan, Qazaxıstan, Serbiya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Avstriya, İsveçrə, Səudiyyə Ərəbistan, Ruanda, Hindistan, İngiltərə, İtaliya, Latviya, Cənubi Afrika Respublikası, İspaniya, Çin və bir sıra başqa ölkələrin 90-dan artıq şirkətinə müraciət ünvanlayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, müraciətdə Ermənistanın son təxribatları haqqında geniş məlumatlar diqqətə çatdırılıb.

“ 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər erməni işğalçıları Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları təşkil edib, Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəblərini ayrı-ayrı silah növlərindən atəşə tutub, nəticədə 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yararsız hala düşüb. Ermənistanın hücumlarının qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir. Döyüşlər zamanı qəhrəman əsgər və zabitlərimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”,-müraciətdə qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR