Rusiyalı jurnalist itkilərini gizlədən Ermənistanı ifşa etdi -

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açıb.

Metbuat.az xəbər verir ki, jurnalist öz “Telegram” kanalında onlarla qanlı xərək fotolarını paylaşıb. Şəkillərdən aydın olur ki, xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.

Eyni xərəyin təkrarən tikilərək istifadəyə verilməsi onu göstərir ki, Yerevan cəbhədəki real itkilərini gizlətməyə çalışır.

Fotolar dərc olunduqdan sonra A.Kots onları dərhal silib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR