Keçmiş naziri terrorçularla əlaqədə şübhəli bilinir

Keçmiş naziri terrorçularla əlaqədə şübhəli bilinir
10:17 18 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın keçmiş müdafiə naziri Akisa Tsoxadzopulos terrorçularla əlaqədə şübhəli bilinir.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Ana-Mpa” xəbər agentliyi məlumat yayıb.
 
Məlumata əsasən, bir çox cinayətlərdə (korrupsiya, dələduzluq, pul tələb etmə və s.) ittiham olunan Akisa Tsoxadzopulos, həmçinin ölkənin sabiq baş katibi Yannis Sbokosun evində törədilmiş 3 partlayışın təşəbbüskarı olub.
 
Sabiq məmurun böyük mütəşəkkil cinayət dəstəsinin üzvü olduğu ehtimal edilir. 37 üzvü olan bu cinayətkar dəstəyə terrorçular və nüfuzlu siyasi xadimlər də daxil olub.
 
Məlumatda qeyd olunur ki, 74 yaşlı keçmiş müdafiə naziri saxta vergi bəyannaməsi təqdim etdiyinə görə 2013-cü ildə 8 il həbs cəzasına məhkum edilib. Sonradan cəza müddəti 5,5 ilədək azaldılıb. Akropol yaxınlığında ona məxsus imarət müsadirə edilib, bank hesabları dondurulub. Akisa Tsoxadzopulos ilə birlikdə onun həyat yoldaşı Viki Stamati və qızı Areti də həbs cəzasına məhkum olunublar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR