“Ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb” -

Ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, Gəncə döyüş bölgəsindən uzaqdır, hərbi əhəmiyyəti yoxdur:

“Ermənistan Xarici İşlər Nazirliyi çirkin şəkildə törədilən bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR