“Şəhərlərə raket zərbələri endirmək nəyə lazımdır? -

“Gecə vaxtı şəhərlərə kütləvi itki və dağıdıcılığa hədəflənən raket zərbələri nümayişkaranə hədə-qorxu aksiyasıdır. Bunun bəraəti yoxdur”.

Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində mülki yaşayış yerlərini raket atəşinə tutmasına şərh verərkən deyib.

Onun sözlərinə görə belə bir hücumda heç bir hərbi məqsədəuyğunluq yoxdur:

“Şəhərlərə raket zərbələri endirmək nəyə lazımdır? Bunda heç bir hərbi məqsədəuyğunluq yoxdur. İrəvan çox təhlükəli bir oyun oynayır. Əmri kim verib? Paşinyan? Ancaq o, özünü itirmiş kimi görünür... Tonoyan?”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR