Azərbaycanda yol terroru davam edir: 6 ölü, 18 yaralı

Azərbaycanda yol terroru davam edir: 6 ölü, 18 yaralı
10:19 18 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Şənbə günü Respublika yollarında ağır yol qəzaları baş verib

Yanvarın 17-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 6 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə gün ərzində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 6 nəfərdən başqa 18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ölümlə nəticələnən qəzalar Yevlax, Sumqayıt, Quba, Ucar, Göygöl və Xızıda baş verib.

 

Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR