.

Aİ Gəncəyə hücumu pisləyən bəyanat yaydı

.

Avropa İttifaqı oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərində mülki insan tələfatı və ağır yaralananların olması ilə nəticələnən raket hücumuna görə təəssüf hissi keçirir.

Metbuat.az xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.

Qeyd edilib ki, mülki insanların və mülki obyektlərin hədəfə alması dayandırılmalıdır: "10 oktyabr tarixində əldə edilmiş atəşkəs razılaşmasına gecikdirilmədən tam riayət edilməlidir".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR