Mustafa Şentop Bakıya gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Metbuat.az xəbər verir ki, səfər 18-20 oktyabr tarixlərində baş tutacaq. TBMM sədri səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

Bundan əlavə, Mustafa Şentopun oktyabrın 20-də Milli Məclisdə çıxışı nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR