Düşmən alayının taboru döyüşlərdən imtina etdi

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir.

Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR