Ərdoğan Azərbaycanı belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan Prezident İlham Əliyevlə olan fotosunu paylaşaraq bu fikirləri qeyd edib:

“Can qardaşımız, can dostumuz Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR