"Şuşa və Xankəndi ilə bağlı yaxşı xəbərlər olacaq" - Polkovnik-leytenantdan AÇIQLAMA

.

“Torpaqlarımızın işğaldan azad olunması hər birimizi qürurlandırır. Füzuli şəhərinin və bir sıra kəndlərinin azad olunması isə ilk növbədə Füzulidən olan insanları, o cümlədən bütün xalqımızı sevindirir. Çünki onlar 30 ilə yaxın idi ki, bu günləri gözləyirdilər və indi hər kəs saatı, vaxtı sayır ki, o torpaqlara yenidən qayıdacaqlar, öz doğma ocaqlarında yurdlarını quracaqlar, əvvəlki həyatlarına dönəcəklər”.

Metbuat.az xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, hər gün torpaqlarımızın işğaldan azad olunması düşmənə ağır bir zərbədir: “Çünki düşmən uzun illər orada məskunlaşmışdı və guya hansısa bir müdafiə işlərini aparırdı. Amma Azərbaycan Ordusu bu qısa müddətdə ərazini düşməndən təmizlədi və azad etdi. Bu gün biz qürurla deyə bilərik ki, bundan sonra təkcə işğal tarixlərini deyil, işğaldan azad olunma tarixlərini də qeyd edəcəyik. O hüznlü günlər artıq azad olunma, qələbə günləri ilə əvəz ediləcək. Necə ki, indi Cəbrayılın, Füzulinin işğaldan azad olunmasını qeyd edirik, tezliklə Qarabağın da bütövlükdə düşmən tapdağından azad edilməsini qeyd edəcəyik. Bu, bizim hər bir birimizin haqqıdır”.

Ekspert bildirib ki, Füzuli Qarabağın qapılarından biridir: “Füzuli bizim üçün Xocavənd, Şuşa deməkdir. Tezliklə Azərbaycan əsgəri Şuşaya və Xankəndinə də daxil olacaq. Hər bir azərbaycanlı öz dostunun, qohumunun, doğmasının yanına, Füzuliyə Zəngilana, Qubadlıya, Ağdərəyə və bütün azad edilən ərazilərə qürurla gedəcək. Çünki indiyədək biz bir qədər sıxıntı keçirirdik, çünki düşmən bizə o imkanı tanımırdı. Anca indi şükürlər olsun ki, Azərbaycan əsgəri ortaya möhtəşəm nəticə qoyub. Bunun davamı gələcək. Bu gün 18 oktyabr Dövlət Müstəqiliyi Günümüzdür. Bu gün də sevincli xəbər gözləyirik. Yaxın günlərdə Şuşa, Xankəndi ilə bağlı yaxşı xəbərlər olacaq. Ən yaxşı xəbər də bizim üçün o ərazilərin işğaldan azad edilməsidir. Biz də ona doğru gedirik”. (publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR