Qarabağın azad edilməsi Paşinyanın SONU OLACAQ - Türkiyəli professordan AÇIQLAMA

.

İşğalçı və terrorçu Ermənistana qarşı Azərbaycanın haqlı mübarizəsində yanında daima dağ kimi duran Türkiyə dəstəyini əsirgəmir. Hərbi əməliyyatlar başlayandan bu günə qədər Türkiyə KİV və televiziyalarının əsas xəbər başlıqlarında Azərbaycan-Ermənistan cəbhə xəttində - Dağlıq Qarabağda baş verən hadisələr diqqət mərkəzində olmuşdur.

Həmçinin Türk siyasi simalarının və hakim dairələrinin də bu məsələdə Azərbaycana dəstəyi çox böyükdür. Elə bu mövzunun davamı olaraq Türkiyə İstanbul Universiteti Hüquq fakultəsinin rəhbəri professor Aydın Gülanın Metbuat.az-a özəl müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

Hörmətli Aydın bəy! 27- sentyabr tarixindən başlayaraq Azərbaycan ordusu işğal altında olan torpaqlarını erməni daşnaqlarından təmizlənmə əməliyyatı aparır. Qələbə yolunda kifayət qədər uğurlar qazandığımız bu günlərdə cəbhədə baş verənləri necə qiymətləndirirsiniz?

- Azərbaycanın cəbhə xəttində uğurları Türkiyədə böyük sevinclə qarşılanır. Ərazinin coğrafi quruluşunun çətin olması ordunun hərəkətini çətinləşdirsə də, Azərbaycan mülki əhaliyə zərər vermədən işğal altında olan torpaqlarını azad edir.

Türkiyədə yaşayan insanlar bir mövzuda narahatdırlar ki, bəzən atəşkəs bəhanəsi ilə ərazilərin işğalçılardan azad edilməsi əməliyyatları yubanır.

Amma düşünürəm ki, bugünə qədər səbrlə davranan Azərbaycan dövləti az əskər itkisi ilə tədricən bütün torpaqlarını işğaldan azad edəcəkdir. Bu yolda Allah sizə kömək etsin.

- Ermənistanın sivil insanları raket atəşinə tutması, hərbi əməliyyatlardan kənarda yerləşən şəhərlərimizə xayin hücumu nədənsə Avropanın gözündə tor pərdəsini çəkə bilmir. Baş verən terror hadisələri xüsusilə də bu hadisələrdə uşaqların ölümü dünya liderlərinin gözünün önündə baş versə də dilləri tərpənib bu haqsızlığa son vermək üçün Ermənistanı cəzalandırmırlar. Sizin bu baş verənlərə hüquqi baxımdan cavabınızı bilmək istərdik.


- Ermənistanın cəbhədə əsgərlərlə döyüşmək əvəzinə mülki insanlara, qadınlara və uşaqlara zərər verəcək silah və raketlərə üstünlük verməsinin məqsədli olduğunu düşünürəm.

Ermənistan çalışır ki, bu hadisələrin nəticəsində Azərbaycan ordusu qəzəblənib eyni zehniyyətlə onlara qarşı bu hərəkətləri törətsin. Beləcə Ermənistan bütün dünyaya bu faktlardan istifadə edərək haqlı olan Azərbaycanı haqsız vəziyyətdə nümayiş etdirib acizliklərini nümayiş etdirəcəklər.

Burada Azərbaycan mətbuatının da önəmi cəbhədə savaşan əsgərlər qədər çoxdur. Vəziyyəti, ən qərəzli insanın belə inkar edə bilməyəcəyi, edəcəkləri xəbərlərlə və ortaya çıxaracaqları fotoşəkilləri dünya mətbuatına təqdim etmək lazımdır.

Bu vasitə ilə bütün dünyaya erməni terrorunun, aqressiyasının nəticələrini göstərmək mümkün olacaqdır.

Son günlər Paşinyan hakimiyyətinin uğursuz siyasəti ölkəni xaosa sürükləyir. Qarabağda baş verən hadisələr Paşinyan siyasətinin sonu ola bilərmi?

- Əlbəttə, Ermənistan rəhbərliyi nifrət və düşmənçiliyə əsaslanan bir dövlət fəlsəfəsi ilə uzun müddətli hakimiyyəti qoruyub saxlaya bilməyəcəklər.

Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə işğalçı hökumətin çökməsi sürətlənəcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR